Əsas Səhifə > Siyasət > “Kimdəsə özünə inam varsa, onunla debata

“Kimdəsə özünə inam varsa, onunla debata


24-10-2021, 21:07

“Kimdəsə özünə inam varsa, onunla debata çıxmağa hazıram”

“Köçəryanın 1998-ci ildən başladığı cinayətlər Sərkisyan tərəfindən ən yüksək zirvəyə çatdırılmışdı. Bu izahata başlamamışdan öncə tarixdə buna bənzər baş vermiş hadisələrə qayıtmaq istəyirəm. Bəzi dostlarımın mənə “tarixi öyrənmək məsləhətini” qeyri-ciddi qəbul edirəm. Çünki bütün sahələrdə, sənayə, iqtisadiyyat, maliyyə, dövlətlərin siyasi quruluşları, bazar iqtisadiyyatı, kimya, tarix elmini, incəsənət, klassik musiqi və sair məsələləri mənə məsləhət verənlərin və onların rəhbərlərindən qat-qat güclü, müqayisə edilməz səviyyədə yaxşı bilirəm, ona görə izahat verməyə haqqım var. Kimdəsə özünə inam varsa, onunla istənilən vaxt tele-debata çıxmağa hazıram”.

“AzerTaym.az" Yeni Sabah-a istinadən xəbər verir ki, bunu Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev bildirib. O, qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra qalib gəlmiş ölkələr Almaniyanın Nyunberq şəhərində bəzi ölkələrin proses, bəzilərinin tribunal adlandırdığı Hitler faşistləri üzərində məhkəmə yaratdılar

“Mən o prosesin əvvəldən axıra qədər necə keçdiyini oxumuşam və bilirəm. Baxmayaraq ki, ikinci Dünya müharibəsinin masştabı çox böyükdür (bir neçə milyard insanın yaşadığı ölkələr savaş aparırdı), ancaq cinayət xarakterinə görə baş vermiş hadisələr bir-birlərinə çox bənzərdir. Nyunberq prosesində əsas cinayət olaraq başqasının torpağını işğalı götürülürdü. Birinci sual: Siz Polşanı heç bir hüquqi əsas olmadan niyə işğal etmisiniz və niyə Hitlerin bu qərarının əleyhinə çıxmamısınız?

İkinci sual ağır cinayət olaraq yəhudilərə qarşı soyqırım, əsir düşmüşlərin səbəbsiz kütləvi şəkildə güllələnməsi məsələləri idi.

İndi baxın almaniyalı sosial millətçiləri bu tribunala gətirib çıxaran hadisələr, məgər Sərkisyan və Köçəryanın gördükləri ilə eyni deyilmi? 

Bu adamlar 10 mindən çox adamı qətlə yetirib, 20 min kvadrat kilometr ərazini işğal ediblər, bir milyondan çox adam öz torpaqlarından qovulub, çıxarılıb və 30 ilə yaxın qaçqın kimi yaşamağa məcbur edilib. Bu günə qədər 5 minə yaxın azərbaycanlı itkin düşmüş sayılır. 

Əslində onlar da Sərkisyan-Köçəryan erməniləri tərəfindən güllələniblər, haraladasa basdırılıblar. Əvvəl axır üzə çıxacaq... 

Əminəm ki, adambaşına törədilmiş cinayətlərin statiskası aparılsa, Sərkisyan və Köçəryanın cinayətləri daha masştablı görünəcək. Çünki o dövrdə Azərbaycanın əhalisi cəmi 7 milyon idi. Ermənistandan qaçqın düşmüş azərbaycanlıları da hesablasaq, Azərbaycanda hər 5 nəfərdən biri məcburi köçkün həyatı yaşamağa məcbur qalmışdı. Nyunberq tribunalı 24 nasist liderinin 17-sini edam etdi. Əsas liderlərin hamısı özlərini artıq öldürmüşdülər... 

Nyunberq tribunalından 76 il keçir. Ancaq BMT Serbiya millətçilərinin başqa ölkələri işğal etməsi, insanları kütləvi qırması ilə əlaqədar 25 may 1993-cü ildə 827-ci qətnamə qəbul etdi və kütləvi qırğınları təşkil etmiş, başda prezident Miloşeviç olmaqla yüzlərlə general və zabitləri həbs edib Haaqa həbsxanasına saldı. Onların artıq 40 faizindən çoxu ömürlük həbs cəzası alıb. BMT-nin bütün müddəlarını pozmuş cinayətkar, terorrçu Sərkisyan və Köçəryan tikdikləri saraylarında oturub “fəxr”lə Xocalı soyqırımını təşkil etməsindən və başqa cinayətlərindən utanmaz insanlar olaraq danışırlar...”


Geri qayıt