Əsas Səhifə > Siyasət > “Sanki sülhməramlı missiya deyil, hərbi baza qurublar”

“Sanki sülhməramlı missiya deyil, hərbi baza qurublar”


12-11-2021, 21:16

“Sanki sülhməramlı missiya deyil, hərbi baza qurublar” - Deputat

Əslində belə təcrübə var. Məsələn, Azərbaycan sülhməramlıları özləri üçün ibadət otağı düzəldirlər. Və yaxud başqa dövlətlərdə məscid tikmək təcrübəsi var. Amma iş ondadır ki, heç bir dövlətdə belə hal qıcıq oyatmır. Niyə? Çünki hamısı bilir ki, bunlar müvəqqəti xarakter daşıyır. Amma Rusiya sülhməramlı kontingenti burada özünü elə aparır ki, sanki sülhməramlı missiya deyil, hərbi baza qurublar. Sanki burada daimi olacaqlar. Heykəlin kompazisiyası onu göstərir ki, sanki onlar xilaskarlıq missiyası ilə gəliblər. Sanki Qarabağın erməni əhalisinin xeyrinə olan heykəl quruluşudur”.

 Bunu Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Qarabağdakı rus sülhməramlılarının son davranışı şərh edərkən bildirib.

Deputat deyib ki, burada psixoloji məsələ də var: “Biz Rusiyanın niyyətlərini az-çox bilirik. Burada siyasi-hərbi aspekt o qədər güclüdür ki, əslində mədəni aspektlərə əl yeri qoymur. Odur ki, mən də bu halı doğru saymıram. Bu, sülhməramlı davranışından daha çox hərbi bazaya xas davranışdır. Sülhməramlıların qaldığı yerdə heykəl qoymağa nə ehtiyac var? Xəstəxana düzəldə bilərsən, mədəniyyət -ədəbiyyat otağı yarada bilərsən. Bunlar mümkündür. Yox, sən heykəli qoymaqla özünü əbədiləşdirmək niyyəti güdürsənsə, bunu kim dəstəkləyə bilər? Düşünürəm ki, bu barədə onlar özü də düşünməlidir”./Teleqraf


Geri qayıt