Əsas Səhifə > Siyasət > Almatıda antiterror əməliyyatı keçirilir
Almatıda antiterror əməliyyatı keçirilir6-01-2022, 01:12 |
Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almatı merinin müavini Yerjan Babakumarov jurnalistlərə bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hava limanını etirazçılardan azad edib. Hava limanı normal iş rejiminə keçib. Zakon.kz xəbər verir ki, Almatı hava limanında keçirilən antiterror əməliyyatı zamanı iki qazaxıstanlı hərbçi həlak olub. Geri qayıt |