Əsas Səhifə > Siyasət > "Korrupsioner, talançı, həm də vətənpərvər, türkçü, turançı olmaq

"Korrupsioner, talançı, həm də vətənpərvər, türkçü, turançı olmaq


12-01-2022, 17:43

Ya gərək bütün bunlarla, sadəcə, xalqın başını qatmaqla ölkəni rahat, arxayın çapıb-talamaq məqsədi güdəsən, ya da hansısa nəhəng güc mərkəzinin planlarını icra edəsən...”
 
3 cümlə ilə bir “quş”…
 
30 ildən çox qaz, neft, uran və s. ilə zəngin ölkəni, qədim tarixə malik böyük xalqını çap-tala, viran qoy, qızlarının, kürəkənlərinin, qohum-əqrəbanın, əlaltı oliqarxlarının əli ilə milyardları xaricə daşıt və üstəlik, qazax “elinin başı” ol, sağ ikən özünə heykəllər ucalt, paytaxtın adına öz adını verdir  – həm də vətənpərvər, xalqsevər, türkçü, turançı ol – bu, hansı məntiqə sığır?..
 
Söhbət  30 illik faktiki avtoritar idarəçiliyi sayəsində 30 illik müstəqillikdən sonra  Qazaxıstanın yenidən Kreml şovinistlərinin birbaşa köləsi olmaq təhlükəsinə bais olmuş Nursultan Nazarbayevdən gedir – indi bəziləri deyir ki, ona toxunmayın, o Turan qəhrəmanıdır, Moskva onu yox edib...
 
Nazarbayev kimi bir yandan ölkəni sonda viran qoyacağını, düşmənlər qarşısında diz çökürdəcəyini bilə-bilə  həm diktator, korrupsioner “vətənpərvər”, “xalqsevər”, “türkçü”, “turançı” olmaq üçün ya gərək bütün bunlarla, sadəcə, xalqın başını qatmaqla ölkəni rahat, arxayın çapıb-talamaq məqsədi güdəsən, ya da sözügedən ideyalardan sui-istifadə etməyə çalışan hansısa nəhəng güc mərkəzinin planlarını icra edəsən...
 
P.S. Azərbaycanın, eləcə də regionun; Türkiyənin, Qazaxıstanın özünün məşhur politoloq(pulitoloq yox), beynəlxalq, siyasi analitiklərindən bu suallarımızı ətraflı cavablandırmalarını xahiş edirik. Bəlkə biz yanılırıq?..
 
Sultan Laçın

Geri qayıt