Əsas Səhifə > Siyasət > Millət vəkillərinin HOBBİSİ – Aqil Abbasdan başqa hamısı kitab oxuyur,

Millət vəkillərinin HOBBİSİ – Aqil Abbasdan başqa hamısı kitab oxuyur,


5-08-2022, 13:22

İnsanın özünü tanıması, hədəflərinə adaptasiya olması üçün mütləq marağı, məşhur sözlə desək "hobbi"-si olmalıdır. Adi insanların maraqlarını, məşğuliyyətlərini hər gün sosial şəbəkələrdən izləyirik, tanıyırıq. 

Bəs tanıdığımız məşhur insanların həyat tərzinə çevrilmiş hobillərindən xəbərimiz varmı? 

"AzerTaym.az" Bizim.media-ya istinadən sözü gedən mövzu ilə bağlı deputatların fikirlərini dərc edir.

Millət vəkili Elman Nəsirov açıqlamasında bildirdi ki, mənim məşğuliyyətlərimə hobbi demək olmaz. Həyat tərzidir, uşaqlıqdan bu yaşıma qədər də dəyişməmişəm. Ən çox mütaliə edirəm.

Yorulanda mənalı şeirlər oxuyuram və ondan zövq alıram. Eyni zamanda həftədə üç dəfə üzgüçülüyə gedirəm. Nəhayət axşamlar bir saat yarım gəzintiyə çıxıram. 

Niyə yalan deyim, Fazil Mustafa yaddaşımda ən çox tarixi kitabları mütailə edən millət vəkili kimi qalıbdır. Yanılmamışam da. Vəkilimizin xüsusi hobbisi yox, ümumi həyat tərzi var. Açıqlamasında bildirir ki, həyatı üçün vacib olan nə varsa, hamısı məşğuliyyətdir. Ən gözəl hobbisini gerçəkləşdirib. Özünə böyük, saysız-hesabsız kitablardan zəngin kitabxana yaradıb.

Qocaman millət vəkilimiz Fəzail Ağamalının hobbisi işdən sonra lazım olanda mətbuat üçün yazılar yazmaqdır. Hal-hazırda bağda qalır. Gücü çatdığı qədər təsərrüfat işləriylə məşğul olur. Sürətli oxucudur. 400-500 səhifəlik kitabı iki-üç günə oxuyub-bitirir.

Həmkarlarından fərqli olaraq millət vəkilimiz Aqil Abbasın hobbisi kitab oxumaq deyil. Yaxşı oynaya bilməsə də futbol meydançasında futbolla başını qatır, arada həvəsi olsa, şahmatla yorğunluğunu çıxardır.

Millət vəkili Razi Nurullayevin hobbisi isə daha maraqlıdır. Millət vəkilimiz boş zamanı olan kimi opera dinləyir, ABŞ-ın treansmilli şirkəti olan Netflix-dən tarixi-sənədli filmləri, serialları izləyir. Ən sevdiyi  serialı isə ABŞ istehsalı  fentezi və dram janrında olan Taxt-tac (Game of Thrones)-dır.

 


Geri qayıt