Əsas Səhifə > Siyasət > “İranda bu etirazlar nə qədər böyüsə, o qədər

“İranda bu etirazlar nə qədər böyüsə, o qədər


21-09-2022, 16:46

“İranda bu etirazlar nə qədər böyüsə, o qədər yaxşıdır”

“İranda bu etirazlar nə qədər böyüsə, bir o qədər yaxşıdır. Baş örtüsü kostyum deyil ki, əyninə geyinəsən. Külək vura bilər, bu kimi şeylərə görə başdan düşə bilər və sairə. Saç görünəcək deyə və yaxud başını yaxşı örtməyib, geyimi dardır deyə insanı döyə-döyə öldürərlərmi? Bu, insanlıq tarixində az-az görünmüş hadisədir”.

 "AzerTaym.az" bildirir ki, bunu Musavat.com-a açıqlamasında Millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, bildirib ki, orta əsrlərin zülm və öldürmə metodları 21-ci əsrdə də İranda yaşayırsa, artıq bu məsələ bütün dünyanı narahat etməlidir:

“Əlbəttə ki, insan hansısa qaydaları pozursa, hətta cinayət törədirsə, buna görə məhkəmə sistemləri, qanunlar var. Ümumiyyətlə isə İslamda belə bir şey yoxdur. Yəni bir baş örtüsünə görə qadının öldürülməsi İslam dininə də ziddir. 

İran rejimi insanları nə qədər qaranlıqda saxlasa da, bu ölkədə kifayət qədər müasir düşüncəli, ziyalı, sivil insanlar da var. Ona görə düşünürəm ki, İran bu cür cəhalətə dözə bilməz”.

Sabir Rüstəmxanlı etirazçıların İran hökumətinə qarşı səsləndirdiyi siyasi çağırışlara da münasibət bildirib: 

“Bu cür çağırışlar çox olub. Düşünürəm ki, bu cür çağırışların nəticəsi müqavimətin nə qədər davamlı olmasından asılı olacaq”.


Geri qayıt