Əsas Səhifə > Siyasət > Növbəti erməni fitnəkarlığı: Azərbaycan Rusiya ilə üz-üzə

Növbəti erməni fitnəkarlığı: Azərbaycan Rusiya ilə üz-üzə


16-03-2023, 18:28

Növbəti erməni fitnəkarlığı: Azərbaycan Rusiya ilə üz-üzə gəlir

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağda antiterrror əməliyyatları keçirməsi müqabilində Ermənistanın heç nə etməyəcəyini söyləməsi, hətta Qarabağdakı təhlükəsizliyin qarantının ruslar olmasını bildirməsi sözsüz ki, Azərbaycan və Rusiyanı qarşı-qarşı gətirmək məqsədini güdür”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında jurnalistin Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı ünvanlandığı suala verilən cavabı şərh edib. 

Q.Hüseynli aydınlaşdırıb ki, bir daha Baş nazirin buradakı sürüşkən mövqeyi aydın surətdə üzə çıxır: 

“Sən, cəmi 10 gün bundan əvvəl demirdin ki, Qarabağın taleyi Azərbaycan Konstitusiyası ilə müəyyən edilməlidir?! Sülhməramlılar kimdir ki, oradakı asayiş və təhlükəsizlik işlərinə birbaşa cavabdehlik daşıısnlar?!” 

“Əgər bu ərazilərdəki suverenlik Azərbaycana məxsusdursa, eləcə də həmin torpaqlar Azərbaycan ərazilərinin tərkib hissəsidirsə, sən, nə haqla durub belə danışırsan?! Onsuz da bütün dünya o əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Üstəlik,44 günlük müharibənin nəticələri də status-kvonu tam formalaşdırdı”,- əlavə edib. 

Analitikə görə, Nikol Paşinyanın dünən dediklərini onun siyasi fəndi kimi qiymətləndirmək olar:

“Burada açıq-aşkar görünür ki, Azərbaycanın əleyhinə mövqe tutan Rusiya sülhməramlıları Kremlin müəyyən dairələri, erməni lobbisi, habelə Paşinyan hökuməti tərəfindən dəstəklənir. Onların məqsədi sərəncamverici səlahiyyətə malik olan qüvvə kimi sülhməramlı qüvvələrin qalmasıdır”. 

Siyasi təhlilçi düşünür ki, bu, beynəlxalq hüquq normalarına ziddir, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə heç bir əsası olmayan müdaxilədir: 

“Bu açıqlamalar bir daha onu göstərir ki, nə sülhyaratma prosesində, nə də Qarabağ erməniləri ilə bağlı ardıcıl və birmənalı fikir sərgiləməyən Nikol Paşinyan özünün sürüşkən mövqeyini davam etdirir. Bu da gələcək münasibətlərə mənfi təsir göstərə bilər”. 


Geri qayıt