Əsas Səhifə > Siyasət > Əliyev: “Düşməni qovmağımız Azərbaycan tarixinin ən parlaq

Əliyev: “Düşməni qovmağımız Azərbaycan tarixinin ən parlaq


18-03-2023, 12:52

“Əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı”

"Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir".

"AzerTaym.az" bildirir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib: “Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

 


Geri qayıt