Əsas Səhifə > Siyasət > Kılıçdaroğlu hakimiyyətə gəlmədən vəzifə paylayır - Akşener də

Kılıçdaroğlu hakimiyyətə gəlmədən vəzifə paylayır - Akşener də


24-05-2023, 18:46

Kılıçdaroğlu hakimiyyətə gəlmədən vəzifə paylayır - Akşener də danışdı

Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu yeni vədləri ilə gündəmə gəlib. 74 yaşlı siyasətçi bu dəfə vəzifə paylaması ilə diqqəti öz üzərinə çəkib. 

Yenisabah.az xəbər verir ki, Kemal Kılıçdaroğlunun nazir “təyin etdiyi” növbəti şəxs Zafer Partiyasının sədri Ümit Özdağdır. Ötən gün CHP sədri ilə görüşən Özdağ bu gün yeni açıqlama verib. O, Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə özünün Daxili İşlər naziri olacağını bildirib.

“Millət” İttifaqında təmsil olunan “İYİ” Partiyasının sədri Meral Akşener məsələyə qısa münasibət bildirib: “Xeyirli olsun”.

Xanım siyasətçi jurnalistlərin israrına baxmayaraq, bu məsələyə ətraflı şərh verməkdən yayınıb. O, “Biz Kemal bəylə vəzifə bölgüsü aparmadıq” - deməklə kifayətlənib.


Geri qayıt