Əsas Səhifə > Siyasət > Nagehan Alçının FETÖ ilə əlaqələri və

Nagehan Alçının FETÖ ilə əlaqələri və


25-05-2023, 15:32

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan onu Ərdoğanı dəstəklədiyinə görə ittiham edən jurnalist Nagehan Alçıya belə cavab verib: "Nagehan xanım, siz də hamı kimi mənim keçmişimlə bağlı qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı keçməyib!"

Musavat.com xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər N. Alçı ilə bağlı maraqlı məlumatları bölüşüb. A. Ələsgər bildirib ki, N.Alçı illər əvvəl Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına getdiyinə və erməni terrorçularını təriflədiyinə görə Azərbaycana girişinə qadağa qoyulub. A.Ələsgər xanım jurnalistin FETÖ ilə əlaqələri olduğunu qeyd edib:

“İllər sonra prezident təyyarəsi ilə Azərbaycana gəldiniz. Amma o zaman da nifrətinizi gizlədə bilmədiniz. AK Parti iqtidarının ən böyük səhvi o idi ki, sən və ərinə- FETÖ qalıqlarına yaltaqlıq etdiyiniz üçün güzəştə getdi.  Ancaq ilk növbədə onları satdınız. İndi Kılıçdaroğlunun tərəfində görünsən də, əslində erməni bayramını qeyd edən İmamoğlunun yanındasan. Qazan yuvarlandı və qapağını tapdı. Millətin gözündə mənası olmayan biri kimi nə deməyinin də mənası yoxdur. Sənin ağa babalarının önündə “Türkiyə yoxdursa, mən varam” deyən bir qardaş ölkə liderini diktator adlandırmaq, ancaq türk görünüşlü kriptolara yaraşır. Sənə yaraşanı etməkdə davam elə. Hər halda bir ailə olaraq böhtan və haqlı təhqirlərə qarşı immunitetiniz var”.


Geri qayıt