
“Hal-hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə axtarış aparılır”. sosial şəbəkə hesabında bunu vəkil Elçin Sadıqov yazıb.
O bildirib ki, həmçinin B. Hacıyevin Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır: “Hətta telefonları da əllərindən alınıb”. Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə azadlıqdan məhrum edib. 9 yanvar 2023-cü il tarixində Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina edib və o, aclığı bərpa edib. Yanvarın 21-də məhkəmə onun həbs müddətini 1 ay, fevralın 23-də isə daha iki ay - aprelin 28-nə qədər uzadıb. Fevralın 28-də - aksiyanın 51-ci günündə Hacıyev aclığı dayandırıb. Yeniavaz.com
Geri qayıt
|