Əsas Səhifə > Siyasət > Qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini
Qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini26-07-2023, 16:14 |
"Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm". Bu sözləri millət vəkili Vüqar Bayramov həbs edilən qardaşı Qubad İbadoğlu ilə bağlı açıqlama verərkən deyib. İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm. Allah bütün məhbusların qapısını açsın",- deyə deputat qeyd edib. Musavat.com Geri qayıt |