Əsas Səhifə > Siyasət > Prezidentlə Füzuli sakini arasında maraqlı dialoq
Prezidentlə Füzuli sakini arasında maraqlı dialoq17-10-2023, 19:06 |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. “AzerTaym.az” bildirir ki,görüşdə Füzuli sakini ilə Prezident arasında maraqlı dialoq yaşanıb: Sakin: Ən böyük fəxr etdiyimiz odur ki, bizim Prezidentimiz dünyada məşhurdur, onu dünya qəbul edir, dünya onun sözünü eşidir. Prezident İlham Əliyev: Bilirsiniz, dünya belədir ki, bəziləri qəbul edir, bəziləri. Sakin: Edə bilmir. Prezident İlham Əliyev: Etmir. Amma əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Qadın sakin: Artıq yol Zəngəzuradır.
Geri qayıt |