Əsas Səhifə > Siyasət > Münaqişənin Azərbaycanın xeyrinə bitməsi bəzi siyasi çevrələri
Münaqişənin Azərbaycanın xeyrinə bitməsi bəzi siyasi çevrələri20-10-2023, 13:37 |
“2020-ci ildə II Qarabağ müharibəsindən sonra Azərbaycan bir neçə dəfə münaqişənin bitdiyini elan etsə də, Qərb dövlətləri də daxil, bəzi xarici qüvvələr münaqişənin bitmədiyi tezisini gündəmə gətirməyə çalışırdılar. Belə təəssürat yaranırdı ki, bu qüvvələr münaqişənin davam etməsində maraqlıdırlar”. Bu fikirləri Musavat.com-a açıqlamasında Qərbin Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə yanaşmasını şərh edən Topçubaşov mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov bildirib. R.Hüseynov hesab edir ki, münaqişənin Qərb ölkələrinin iştirakı olmadan Azərbaycanın xeyrinə bitməsi bəzi siyasi çevrələri narahat edir: “Bəzi qüvvələr humanitar faktoru gündəmə gətirərək ermənilərin Qarabağı könülü tərk etməsi məsələsini ortaya ataraq, Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Belə olan halda Azərbaycan cəmiyyətində ekspertlər haqlı olaraq bəzi suallar verirlər. Geri qayıt |