Əsas Səhifə > Siyasət > “Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə
“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə30-11-2023, 13:21 |
“Bu maraqları təhlil etdikdən sonra, yaxın gələcəkdə ABŞ-nin Azərbaycana qarşı münasibətinin müsbət olacağını əvvəlcədən qeyd etmək olar...”
“Hazırda Rusiya-Azərbaycan münasibətlərində əsas məsələ tranzit yollarının, o cümlədən Zəngəzur yolunun işləməsidir. Bu, Türkiyə-Rusiya münasibətlərinin də iqtisadi əsasını yaradır. Bundan əlavə, tranzit yollarının dollarla işləməsi ABŞ-nin iqtisadi marağındadır”.
Bunu Moderator.az-a açıqlamasında Zəngəzur yolunun əhəmiyyətindən danışan siyasi analitik Tahir Cəfərli söyləyib.
“Təsəvvür edirsinız, Zəngəzur yolunun açılmasından sonra ABŞ-nin nə qədər dolları dövriyyədə olacaq və bu, ona nə qədər gəlir gətirəcək?.. Bizlər bilməliyik ki, dünyada gedən bütün proseslərin əsasında iqtisadi maraqlar durur. Bu maraqları təhlil etdikdən sonra, yaxın gələcəkdə ABŞ-nin Azərbaycana qarşı münasibətinin müsbət olacağını əvvəlcədən qeyd etmək olar. Yeri gəlmişkən, yadıma bir hadisə düşdü: iki il bundan əvvəl “Nezavisimaya qazeta” və Positsiya. com saytında “Ermənilər Qarabağda qalmayacaq!” adlı məqaləm çıxmışdı. Məqaləni Qarabağın iqtisadiyyatının təhlili əsasında yazmışdım. Bu təhlil bizə əsas verirdi ki, belə nəticəyə gələk. İki il sonra da biz deyən oldu”,- deyə davamında analitik bildirib.
Sultan Laçın
Geri qayıt |