Əsas Səhifə > Siyasət > atdığı bu addım erməni lobbisi qarşısında açizliyini bir daha
atdığı bu addım erməni lobbisi qarşısında açizliyini bir daha28-01-2024, 17:50 |
Bildiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. AŞPA-nın Qətnaməsində deyilir ki, rəsmi Bakı ölkədə pluralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA- nın qərəzli yanaşmasına kifayət qədər məntiqi dəlillərlə əsaslandırılmış cavab vermiş və tutarlı cavabı öz bəyanatında bildirmişdir. Baxmayaraq ki, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, ikili standartlara əsaslanan mövqeyini gizlədə bilməyərək açıq şəkildə qərarlar qəbul edir. Ümumbəşəri mədəniyyətin, dünya cəmiyyətinin tərəqqisi ilə bağlı problemlərin həlli, azadlıq və müstəqillik, ədalət və bərəbərliklə bağlı məsələlər diqqətdə saxlanılmalıdır. Dünyanın itirilməkdə olan mənəvi dəyərlərinin uğurla müdafiə olunmasında AŞPA kimi beynəlxalq təşkilatlar kifayət qədər əhəmiyyətli rol oynaya bilər. Əfsuslar olsun ki, biz tamamilə əks mənzərənin şahidi oluruq. Tarixin sınağından uğurla çıxmış Qərb liberalizminin bu gün ciddi problemlərlə üzləşdiyi və ciddi böhran keçirdiyini düşünməkdəyik. Bu böhranın da səbəbləri daha çox ruhi-mənəvi amillərlə bağlıdır. Alman tarixçi filosofu Osvald Şpenqler "Avropanın qürubu" əsərində Qərbi Avropa mədəniyyətinin süquta uğrayaraq böhranlı, dramatizmlərlə dolu sivilizasiya fazasına daxil olduğunu öncədən söyləyənlərdən biri olmuşdur. Lakin, çıxış yolları vardır. Azərbaycan kimi müasir dəyərlər yaratmağa qabil olan dövlətlərin təcrübəsinə hörmət və ədalətlə yanaşılmalı və uyğun şəkildə multikultural mədəniyyət təşviq olunmalıdır. Avropa liberalizmi dünya ölkələrinin əyalət rolunda çıxış etməsinə deyil, onların ümumdünya inkişafında yer almasına dəstək göstərməli, azadlıq, demokratiya və sivilizasiyanı istismar edən, bu yüksək dəyərlərdən korporativ maraqlar naminə sui-istifadə edən millətciklərə qarşı bir sipər rolunu oynamalıdır. Ədalətsiz hökmranlığa can atmaq həqiqi mədəniyyəti mənasızlaşdırır. Avropa liberalizmi korrupsionist lobbilərin mənəviyyatının ifadəsinə çevriləcəyi halda bəşəriyyətin taleyinin dumanlı mənzərəsi bütün dünyanın narahatlığı üçün səbəbdir. Qafqaz regionu və Azərbaycana nəzər yetirsək bu ölkənin dünyaya qaranlıq deyil od və işıq gətirdiyini gək istəməyənlər də görə bilərlər. Ötən il Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Prezident İlham Əliyevin söylədiyi nitq Qafqazda yeni reallıqların mahiyyətinə və Azərbaycanın yaratdığı imkanların regiona təsirinə dair mühüm əhəmiyyətə malikdir. Qafqazda uzunmüddətli və dayanıqlı sülhün olması qacılmazdlır və başqa niyyətə Azərbaycan imkan verməyəcək. Prezident İlham Əliyev konfransda bunlara aydınlıq gətirərkən demişdir: “Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”. Bu fikir regiondakı mənzərəni və reallığı tam ifadə etməklə, həm də Cənubi Qafqazda əməkdaşlığın elementlərinə və təsisatlarına əsaslanan qarşılıqlı etimad mühitinin yaradılmasına olan zərurəti qarşıya qoyur. Hazırda Azərbaycan üçün ən vacib məsələlərindən biri işğaldan azad edilmiş torpaqlara qayıdış məsləsidir. Qayıdış sadəcə bu günün deyil, yaxın bir neçə ilin ən önəmli məsələsi olaraq gündəmimizdə qalacaq, dövlətimizi və xalqımızı məşğul edəcəkdir. Məsələnin ictimai-syasi, iqtisadi, hərbi, mədəni və ən önəmlisi də strateji önəmi nəzərə alındığında isə Qayıdış prosesinin birinci dərəcəli dövlət məsələsi, milli məsələ kimi öncəlikli gündəm maddəsi olaraq daim ictimaiyyətin diqqət mərkəzində olmsı lazımdır. Bu regional inkişaf həm də dünyanın tərəqqipərvər cəmiyyətinin uğuru kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən bildirmək istəyirəm ki, Bütün Azərbaycan xalqı Azərbaycanın milli maraqlarını ləyaqətlə təmsil edən və öz xalqından güc alan Prezident İlham Əliyevin yanındadır. Heç bir haqsız təzyiqlər vətənimizi haqlı yoldan döndərə bilməyəcəkdir. İnanırıq ki, AŞPA kimi təşkilatlar da öz fəaliyyətlərindəki neqativləri pozitiv istiqamətə çevirə biləcəkdir. Dünya pasifistlər haqlı olaraq düşünürlər ki, sülh insanlar arasındakı ədalətli, dinc və harmonik münasibətləri də özündə ehtiva edir. Bu nöqteyi nəzərdən də görünür ki, bəşəriyyət üçün sülhün alternativi yoxdur. Sülhdən daha yaxşı ola bilən alternativ yoxdur. Bu döyüşməyi yaxşı bacaran Azərbaycan xalqının humanist xarakteri və mövqeyidir. Son olaraq AŞPA-nın ayılması üçün Böyük Alman mütəfəkkiri İohan Qotfrid Herderin fikrini xatırlatmaq istərdim: “Tarix onun üçün yazılıb ki, bütün bu qarışıqlıqlardan sonra insan, nəhayət, öyrənib bilsin ki, onun xoşbəxtliyi özbaşınalıq üzərində deyil, varlığının mayasını təşkil edən keyfiyyətlər- ağıl və ədalət üzərində qurulmuşdur”. filologiya üzrə fəlsəfə doktoru.
Geri qayıt |