Əsas Səhifə > Siyasət > Adəm ismayil Bakuvi: “Azərbaycan Avropada strateji tərəfdaşlarının
Adəm ismayil Bakuvi: “Azərbaycan Avropada strateji tərəfdaşlarının20-07-2024, 10:58 |
“Ölkə Prezidenti cənab İlham Əliyevin iyul ayının 18-də İngiltərənin Oksford şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı dövlət başçımızın uğurla həyata keçirdiyi enerji siyasətinin effektivliyinin daha bir göstəricisi kimi qiymətləndirilməlidir.Eyni zamanda qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirak etmək üçün birbaşa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer tərəfindən dəvət olunması dövlət başçımızın Avropanın siyasi dairələrində yüksək nüfuza malik olduğunu bir daha təsdiqləyir. Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı aparıcı rol ölkəmizin beynəlxalq mövqelərinin getdikcə daha da güclənməsinitəmin edir. Cənab Prezident İlham Əliyevin Oksford Sammiti çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirakı zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və ölkəmiz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün səylə çalışır. Məlumdur ki, bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Bunlardan biri qardaş Türkiyədir. Digər yeddi ölkədən beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Daha iki ölkə - Gürcüstan və Serbiya İttifaqa üzvlüyə daxil olmaq üçün namizədlərdir. Bundan başqa, Azərbaycanın təbii qaz nəql etdiyi ölkələrdən altısının həmçinin NATO-ya üzv, digər ikisinin isə Alyansın tərəfdaşölkəsi olduğunu da nəzərə alsaq, bu zaman ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələdə həqiqətən də son dərəcə önəmli aktorlardan biri olduğunu aydın görə bilərik.” Geri qayıt |