Əsas Səhifə > Siyasət > İran-İsrail müharibəsi bu halda ABŞ-İran müharibəsinə
İran-İsrail müharibəsi bu halda ABŞ-İran müharibəsinə2-10-2024, 13:40 |
Ötən gün İran İsrailə ciddi hava zərbəsi endirdi. Məlumata görə, İsrailə 500-ə qədər hipoersonik raket atan İran İsrailin 3 hərbi bazasını hədəfə götürüb. Həm İsrailin, həm də İran yetkililərinin hücum barədə qarşılıqlı açıqlamaları narahatlıq doğurur. Sual olunur: İran-İsrail savaşı böyüyüb bütün Yaxın Şərqi əhatə edə bilərmi? Regionda artan ekskalasiyadan Azərbaycan necə təsirlənəcək? Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, İsrail-İran arasındakı gərginliyin taleyi son hücumların nəticələrindən asılı olacaq: “Məsələ burasındadır ki, son hücumun nəticələri barədə tərəflər bir-birindən fərqli fikirlər səsləndirirlər. İsrail və ABŞ-ın iddialarına inansaq, hücumun elə də ciddi dağıntıları olmayıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, az sayda insan isə həyatını itirib. İranın açıqlamalarına görə isə, hücum nəticəsində İsrailin aralarında Nevatim aeroportu da olmaqla hərbi baza vurub və 20-dən çox F-35 təyyarəsi məhv edilib. Əgər İsrail və ABŞ-ın məlumatları doğrudursa, ekskalasiya eyni səviyyədə qalacaq, Təl-Əviv İranın regiondakı proksi qüvvələrini ortadan qaldırmaq əməliyyatlarını davam etdirəcək, Tehran isə öz simasını qorumaq üçün arada-sırada müxtəlif obyektlərə zərbələr endirərək qisasını aldığı görüntüsü yaradacaq. Yox, əgər İranın iddiaları doğrudursa, Yaxın Şərqdə misli görünməmiş hadisələr yaşanacaq, hətta bu gərginlik ABŞ-ın İrana hərbi müdaxiləsinə yol açacaq”. Heydər Oğuz fikrini onunla əsaslandırıb ki, İranın vurduğunu iddia etdiyi F-35-lər həm ABŞ, həm də İsrail üçün böyük dəyərə malikdir: “ABŞ-ın öz müttəfiqlərinə satıb böyük pullar qazandığı və faktiki olaraq, NATO qüvvələrinin böyük ümidlər bağladığı F-35-lərin İran tərəfindən vurulması Vaşinqtonun çəkindirici gücünün iflası anlamına gələ bilər. Bu məlumat öz təsdiqini taparsa, İsrail üçün də ciddi itki deməkdir. Əvvəla, ona görə ki, İsrail F-35-ləri digər ölkələrə satılan həmcinslərindən xeyli fərqlənir. “F-35 Adir” adlanan bu təyyarələr yalnız İsrail üçün istehsal olunub və İsrailə məxsus cihazlarla gücləndirilib. İkincisi ona görə ki, İsrailin hazırda cəmi 50 ədəd F-35-i var və əgər həqiqətən də onlardan 20-si vurulubsa, deməli, İsrail ən güclü hava vasitələrinin 40%-ni itirib”. Cəmi 22 min kvadrat km-lik ərazisi olan İsrailin coğrafi özəlliyi baxımdan strateji dərinlikdən yoxsul bir ölkə olduğunu xatırladan Heydər Oğuzun fikrincə, onun Rusiya kimi hərbi bazalarını ölkənin dərinliklərinə çəkmək potensialı yoxdur: İran prezidentinin İsrail Baş nazirinə səslənişini dialoq arayışı kimi dəyərləndirən siyasi şərhçinin fikrincə, Pezişkiyanın “X” platformasında paylaşımı əslində 1-ci versiyanı, yəni tərəflərin bir-biri ilə danışaraq bəzi addımlar atdığını təsdiqləyir: “Prinsipcə, Pezişkiyanın bundan əvvəlki açıqlamaları da İranla ABŞ və ya İsrail arasında gizli sövdələşmələrin getdiyini göstərir. Məlum olduğu kimi, İran prezidenti bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən, ölkəsinin indiyədək qisas əməliyyatına başlamamasını düşmən tərəflə sövdələşmə aparılması ilə əlaqələndirmişdi. Demişdi ki, ABŞ İranın hərəkətsiziliyi müqabilində Qəzzada atəşkəs təklifi irəli sürmüş və İran da sırf fələstinlilərin maraqları naminə bu təkliflə razılaşmışdı. Amma sonradan ABŞ-ın guya İranı aldatdığı həqiqəti ortaya çıxmış və rəsmi Tehranın cavab haqqı doğmuşdur. Bu etiraf sübut edir ki, İranla ABŞ arasında dialoq mövcuddur və bəzi hərbi fəaliyyətlər qarşılıqlı razılaşmalar əsasında yürüdülür”. İran, ABŞ və İsrail arasında qarşılıqlı razılaşmanın İrandakı molla rejimi üçün ağır nəticələri olacağını bildirən Heydər Oğuzun fikrincə, bu ilk növbədə cənub qonşumuzun ən güclü müdafiə sistemi sayılan proksilərindən vaz keçməsi kimi ağır nəticələr doğura bilər: “Amma nəticələr bununla da qalmaz. Bu həm də İranda rejim dəyişikliyi ilə nəticələnə bilər. Başqa sözlə desək, İran İslam rejimi ölkənin bölünməsinin qarşısının alınması naminə bəzi ciddi güzəştlərə gedər, demokratikləşmə prosesinə start verər, beləcə, bir sıra ənənəvi özəlliyini itirə bilər. Bu versiyada qurban veriləcək qurumlardan biri də İranın sivil hakimiyyətinin alternativi olan SEPAH-dır. Çünki İslam İnqilabı Keşikçiləri Korpusu anlamına gələn bu qurum İrandakı mühafizəkar rejimin qoruyucusu və islam inqilabi ideyasının ətraf ölkələrə ixracı ilə məşğul olan əsas vasitəçidir. Məhz bu səbəbdən də adı ABŞ-ın terrorçular siyahısına salınıb. İranın yeni prezidenti Məsud Pezişkiyan bir müddət əvvəl verdiyi bəyanatlarların birində bildirmişdi ki, ölkəsinə qarşı sanksiyalar qaldırılacağı təqdirdə Tehran öz ideologiyasını ixracından vaz keçəcək. Bu, əslində SEPAH-dan da imtina olunacağı demək idi. Sözsüz ki, İran iqtisadiyyatının hardasa yarısını əlində cəmləşdirən SEPAH bu təkliflə razılaşmaz və ölüm-dirim mübarizəsinə başlayar. Amma ölkənin üzərində qara buludlar dolaşdığı bir zamanda SEPAH müəyyən şərtlər daxilində bu təklifi qəbul etmək məcburiyyətində qala bilər”. Bəs əgər, SEPAH bununla razılaşmasa, dolayısıyla ikinci versiya – dişə-diş, gözə-göz mübarizə ehtimalı reallaşarsa hansı gedişatın şahidi olacağıq?
Bütün bu məqamları nəzərə alan Heydər Oğuz İranın molla rejiminin 2 pis ssenaridən ən yaxşısını seçəcəyinə inanır: Yaxın Şərqdə artan gərginliyin Azərbaycana təsirinə gəlincə, Heydər Oğuzun fikrincə, bu da regiondakı hərbi vəziyyətdən birbaşa asılı olacaq:
Geri qayıt |