Əsas Səhifə > Siyasət > Tural Abbaslı Ədalət Vəliyevlə GÖRÜŞDÜ

Tural Abbaslı Ədalət Vəliyevlə GÖRÜŞDÜ


9-10-2024, 19:26

Ağ Partiyanın sədri Tural Abbaslı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. 

Bu barədə Tural Abbaslının özü məlumat yayıb. 

Məlumatda deyilir:

"Ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev ilə görüşüm oldu. Görüşdə son parlament seçkilərinin nəticələri, iqtidar-müxalifət dialoqunun inkişafı, ölkədə milli siyasi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda hörmətli Ədalət Vəliyevə qəbul üçün təşəkkürümü bildirdim və Ağ Partiyanın sədri kimi iqtidar-müxalifət dialoqunun inkişafı və milli siyasi birliyin möhkəmləndirilməsi istiqamətində aparılan işləri dəstəklədiyimi bir daha diqqətə çatdırdım".

Musavat.com


Geri qayıt