Əsas Səhifə > Siyasət > Hakan Fidan Vaşinqtonda: ABŞ ilə nələr müzakirə
Hakan Fidan Vaşinqtonda: ABŞ ilə nələr müzakirə26-03-2025, 21:59 |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında görüşüblər. Türkiyə mətbuatı xəbər verir ki, görüşdən əvvəl kameralar qarşısında əl sıxan nazirlər mətbuata pozalar verib, daha sonra iclas salonuna keçiblər. Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər, iki ölkə arasında Ukrayna, Fələstin və Suriya ilə bağlı strateji addımlar, həmçinin CAATSA sanksiyaları və Türkiyənin yenidən F-35 proqramına qəbulu müzakirə edilib./Ölkə.Az Geri qayıt |