Əsas Səhifə > Siyasət > Azər Qasımlının həbs müddəti uzadıldı
Azər Qasımlının həbs müddəti uzadıldı3-04-2025, 16:46 |
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbsdə saxlama müddəti uzadılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, A.Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb. Qeyd edək ki, Azər Qasımlı ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. Geri qayıt |