Əsas Səhifə > Siyasət > Özgür Özəl yenidən CHP sədri seçilib
Özgür Özəl yenidən CHP sədri seçilib6-04-2025, 21:49 |
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib. “AzerTaym.az” xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb. “CHP-nin təşkil etdiyi 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, – məlumatda bildirilib. Geri qayıt |