Əsas Səhifə > Siyasət > Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə
Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə14-04-2025, 21:20 |
“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhətində yaranan problemlərə görə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlanıb. “AzerTaym.az” bildirir ki, bir sıra ictimaiyyət və media nümayəndələri, hüquq müdafiəçilərinin, eləcə də tanınmış şəxslərin imzaladığı müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında həbs edilən jurnalist həbsdə olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib. Bir gözündən əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər. Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Zeynallıya “metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə)” diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması mümkün deyil. Əvəz Zeynallının ictimai fəaliyyəti, ailə vəziyyəti və şəxsi keyfiyyətləri nəzərə alınaraq, onun barəsində verilmiş hökmün dəyişdirilməsi və azadlığa buraxılması istənilib. Müraciətin sonunda Prezidentə belə səslənilir: “Cənab Prezident! Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız! İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”. Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb: Novella Cəfəroğlu – Hüququ müdafiəçisi Geri qayıt |