Əsas Səhifə > Siyasət > 47 il sürən terror, 40 min nəfərin ölümü - PKK necə
47 il sürən terror, 40 min nəfərin ölümü - PKK necəDünən, 16:07 |
Uzun illərdir Türkiyəni səksəkədə saxlayan PKK terror təşkilatı nəhayət özünü ləğv etdiyini açıqlayıb. Beləliklə, 47 il öncə qurulan terror təşkilatının sonu rəsmən gerçəkləşib. Öcalan Diyarbəkirdən sonra qısa müddətə İstanbula gedib və kürd gənclərin qurduğu İnqilabçı Şərq Mədəniyyət Mərkəzinin fəaliyyətlərində iştirak edib. 1971-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə hökumətə qarşı bir sıra etiraz aksiyalarında iştirak edib. 1972-ci ildə qısa müddətə həbs olunub. Həbsxanadan çıxandan sonra, 1972-ci ildə solçu Ankara Demokratik Yüksək Təhsil Dərnəyinə üzv olub. Bir il sonra Ankarada PKK-nın yaranmasına səbəb olan ilk qeyri-rəsmi toplantı keçirilib. Marksist-leninist ideologiyadan ruhlanan və “Kürdüstan müstəmləkədir” tezisini müdafiə edən bu qrup “xalq müharibəsi” üsulu ilə “müstəqil Kürd dövləti”nin qurulmasını müdafiə edirdi. Toplantı iştirakçıları kiçik bir tələbə qrupu olsa da, zaman keçdikcə sıraları genişlənib. Nəhayət 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində PKK-nın qurulduğu bəyan edilib. Türkiyə hüquq-mühafizə orqanlarının təqib etdiyi Abdullah Öcalan 1979-cu ildə qeyri-qanuni yollarla Suriyaya qaçmışdı. Ankara Öcalanı Suriyadan çıxarmaq üçün Dəməşqə beynəlxalq təzyiqlər tətbiq etmişdi. Nəticədə Əsəd rejimi 1999-cu ildə Öcalanı deportasiya etməyə məcbur olmuşdu. Türkiyədə məhkəmə öncə Öcalana “silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək” ittihamı ilə edam cəzası kəsib. Lakin onun edam edilməsi baş tutmayıb. 2002-ci ildə Avropa İttifaqının (Aİ) uyğunlaşdırma qanunları çərçivəsində Türkiyədə edam cəzasının ləğvinə görə Öcalanın edam cəzası ömürlük həbslə əvəzlənib. PKK-nın mərkəzi qərargahı İraqdakı Qəndil dağlarında yerləşir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təklif edib ki, Öcalan Türkiyə Böyük Millət Məclisinə gəlsin və PKK-nın ləğv olunduğunu bəyan etsin. Bu çağırışdan sonra kürdlərin təmsil olunduğu Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM partiyası) nümayəndə heyətləri İmralı adası ilə - Abdullah Öcalanla yenidən danışıqlara başlayıb. Öcalanla son görüş bu il fevralın 27-də keçirilib. Bu görüşdən sonra DEM partiyasının heyəti İstanbulda verdiyi açıqlamada Öcalanın kritik çağırışını ictimaiyyətlə paylaşıb. Öcalan tərəfdarlarına silahı yerı qoymağa, PKK-nın qurultayını keçirməyə və özünü ləğv etməyə çağırış edib. PKK-nın buraxılması son dərəcə ciddi hadisədir. Uzun illər Türkiyəni zəif görmək istəyən xarici güclər Ankaraya qarşı ciddi bir təzyiq vasitəsini itirdilər. Bu, tarixi bir hadisədir... Türkiyə PKK-nı bitirdi. Geri qayıt |