Əsas Səhifə > Siyasət > Azərbaycan xarici siyasətində hər zaman buna önəm verib

Azərbaycan xarici siyasətində hər zaman buna önəm verib


Dünən, 19:00

Nazir müavini: Azərbaycan xarici siyasətində hər zaman buna önəm verib

Azərbaycan xarici siyasətində çoxtərəfliliyə hər zaman önəm verən dövlət olub. 

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, Qlobal Cənub inkişafdadır və sıçrayış dövrünü keçirir:

“Hazırda dünya əhalisinin 85 faizi, ümumi daxili məhsulun 39 faizinin cəmləşdiyi Qlobal Cənub ölkələri siyasi və iqtisadi tranformasiya mərhələsindədir”.

Y.Rəfiyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanmasına böyük dəstək göstərib.


Geri qayıt