Əsas Səhifə > Siyasət > ŞAHBAZ ŞƏRİF LAÇINDA BELƏ QARŞILANDI - FOTO + VİDEO

ŞAHBAZ ŞƏRİF LAÇINDA BELƏ QARŞILANDI - FOTO + VİDEO


27-05-2025, 18:55

Xəbər verdiyimiz kimi, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Azərbaycana gəlib. Onu Laçın Beynəlxalq Hava Limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar. Baş nazir həmin aeroportda qarşılanan ilk ali qonaq olub.

Pakistanın “Islamabad Insider” portalı ölkə liderinin Laçın aeroportunda qarşılanma anının görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

 

 

***

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

 

 


Geri qayıt