Əsas Səhifə > Siyasət > Sərrast qapaz...
Sərrast qapaz...1-06-2025, 17:09 |
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makron tərəfindən şillə ilə vurulub. Bu, bütün dünyada rezonans doğurub. Hətta ABŞ Prezidenti Donald Tramp da hadisəyə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, Əməkdar jurnalist, “Qulp Studio” MMC-nin direktoru Mübariz Əsgərov sosial media hesabında video paylaşaraq hadisəni özünəməxsus tərzdə şərh edib: “Köndələn QAPAZ... Çoxdandır ürəyimdən satirik süjetlər hazırlamaq keçsə də, ərinirdim. Amma Makron müəllimin başına gələn hadisə-aldığı zərbə məni də silkələdi...Vaxtınız və həvəsiniz olsa, baxın. “Qulp”lu günlərimizi bir yerdə xatırlayaq...” Həmin videonu təqdim edirik:
Geri qayıt |