Əsas Səhifə > Siyasət > Medvedyev azərbaycanlını medalla
Medvedyev azərbaycanlını medalla24-12-2015, 23:30 |
Rusiya Federasiyası Hökumətinin Hüquq departamenti şöbəsinin rəisi Sübhi Şıxlinski "Vətən qarşısında xidmətlərinə görə 2-ci dərəcəli" ordenin medalı ilə təltif edilib. Oxu.az xəbər verir ki, mükafatı hökumətin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında Rusiyanın Baş naziri Dmitri Medvedyev təqdim edib.
Şıxlinski Sübhi Osman oğlu 1964-cü ildə Azərbaycan SSR-nin Şamxor (hazırda Şəmkir) şəhərində doğulub.
Hazırda RF Hökumətinin Hüquq departamenti şöbəsinin rəisi vəzifəsində çalışır.
Sübhi Şıxlinski Rusiya Federasiyasının 3-cü dərəcəli həqiqi dövlət müşaviridir.
![]() Geri qayıt |