Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər. Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.