Əli Həsənovun NƏVƏSİ əfv ƏRİZƏSİ YAZIB?

"Bu vaxta qədər Əfv Məsələləri Komissiyası təxminən mindən çox müraciətə baxıb”.
AzerTaym xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdi"Bu vaxta qədər Əfv Məsələləri Komissiyası təxminən mindən çox müraciətə baxıb”.
Unikal.org xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev deyib.
Komissiya üzvü bildirib ki, daxil olan müraciətlərin hər birinə baxılır və müzakirə edilir:
"Daxil olan müraciətlər baxılıb qurtardıqdan sonra ölkə başçısı əfvlə bağlı öz qərarını açıqlayacaq. Güman edirəm ki, Komissiya öz işini Novruz bayramına qədər yekunlaşdıracaq. Müraciətlərin baxılması zaman aparır. Əgər hamısına çatdırılıb baxıla bilsə, əfv sərəncamı Novruz bayramına qədər verilə bilər. Əfvin nə zaman verilməsi Komissiyanın işinin yekunlaşdırmasından asılıdır. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan prezidenti İlham Əliyevə təqdim ediləcək”.
M. Mehdiyev onu da vurğulayıb ki, Komissiyanın əfv sərəncamı verilənə qədər neçə iclas keçirməsində standart yoxdur:
"Elə insanlar var ki, onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cəza çəkir. Onların hamısını araşdırıb öyrənmək zaman aparır. Hər bir müraciətə baxılma müddəti müxtəlifdir. Ona görə iclasların sayı müraciətlərin aparacağı zamandan asılıdır. Müraciətlərin hamısına tam baxılana qədər iclaslar davamlı olacaq”.
Komissiya üzvü onu da qeyd edib ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub:
"Cümhuriyyətin yaradılmasının 100 illiyi xalqımız və dövlətimiz üçün böyük bayramdır. Əfv etmək dövlət başçısının müstəsna səlahiyyətidir və cənab prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən xüsusi günlərdə, bayramlarda istifadə edir. Hesab edirəm ki, bu dəfə daha çox sayda insanı sevindirmək mümkün olacaq”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciət olunubmu?
Mehdi Mehdiyevin sözlərinə görə, Komissiyaya daxil olan müraciətlərin yalnız bir hissəsinə baxılıb:
"Onların müraciət edib-etmədiyin bilmirəm. Hər halda müraciətlərin hamısına baxmadan orada kimlər olduğunu bilmək olmaz. Bu günə qədər baxdığımız müraciətlərin arasında Nail Allahverdiyevin əfv olunmasına dair ərizəyə rast gəlməmişəm. Ola bilsin ki, gələcəkdə olacaq. Əfvin öz qaydaları var. O demək deyil ki, hər müraciət edənə əfv şamil olunacaq. Elə insanlar var ki, cəzasının az bir hissəsini çəkiblər, amma buna baxmayaraq Komissiyaya müraciət ediblər. Təbii ki, əfv qaydaları bunu həyata keçirməyə imkan vermir. Yaxud da elə maddələrlə cəza çəkənlər var ki, əfv onlara şamil oluna bilməz. Amma hər halda vətəndaş müraciət edibsə, hamısı baxılıb nəzərdən keçiriləcək”.
Qeyd edək ki, ötən il avqustun 3-də Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Qəzanın baş vermə səbəbi isə N.Allahverdiyevin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.
Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. O, Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinirdi. Prokuror N Allahverdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin dövlət ittihamçısı N.Allahverdiyev Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsini istəyib. Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Komissiya üzvü bildirib ki, daxil olan müraciətlərin hər birinə baxılır və müzakir"Daxil olan müraciətlər baxılıb qurtardıqdan sonra ölkə başçısı əfvlə bağlı öz qərarını açıqlayacaq. Güman edirəm ki, Komissiya öz işini Novruz bayramına qədər yekunlaşdıracaq. Müraciətlərin baxılması zaman aparır. Əgər hamısına çatdırılıb baxıla bilsə, əfv sərəncamı Novruz bayramına qədər verilə bilər. Əfvin nə zaman verilməsi Komissiyanın işinin yekunlaşdırmasından asılıdır. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan prezidenti İlham Əliyevə təqdim ediləcək”.

Fikirlər