“Rusiya “Turan məsələsinin qarşısı alındı” proseslərini öz rüşeymində məhv etməlidir”

“Rusiya “Turan məsələsinin qarşısı alındı” proseslərini öz rüşeymində məhv etməlidir”

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri çərçivəsində onlayn görüşü keçiriləcək. Görüşün əsas mövzusu Qazaxıstandır.TDT-nin Qazaxıstan hadisələrinə verəcəyi reaksiya da hər kəs tərəfindən maraqla gözlənilir.

 

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bugünkü görüşdə veriləcək bəyanatların normal xarakter daşıdığını düşünür. Onun sözlərinə görə, Qazaxıstana dair sərt bəyanatlar olmayacaq.

“Türk Dövlətləri Təşkilatının bu gün XİN rəhbərləri səviyyəsində onlayn toplantısının başlanması ilə bağlı Türkiyə XİN də, artıq bəyanat yayıb və hətta Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və Qazaxıstan XİN rəhbərinin vəzifəsini icra edən Muxtar Tilyuberdi arasında olan telefon danışığı haqqında məlumat verilib. Eyni zamanda, bildirilib ki, bu onlayn görüşdə TDT-nin Baş katibi Bağdat Amreyev tirak edəcək. Artıq bu görüşün keçiriləcəyi ilə bağlı müəyyən anonslar var.

Gündəmdə olan əsas məsələ isə təbii ki, Qazaxıstandır. Yəni burada baş verən hadisələr, bu proseslərin nə ilə nəticələnə biləcəyi və bu gün hansı addımların atılması ilə bağlı müəyyən müzakirələr aparılacaq.

Ən maraqlısı budur ki, TDT-yə daxil olan ölkələrin içində KTMT-nin üzvləri də var.

Ümumiyyətlə, TDT-nin yaranması bu gün Avropa-Rusiya-Çin geosiyasi üçbucağına nəzər salsaq, bu, hərtərəfli potensialdan istifadə etmək, eyni zamanda, təbii sərvətlərin hərbi və siyasi istiqamətdə birgə addımından ibarətdir.

Ona görə də, düşünürəm ki, KTMT-yə daxil olan bir sıra türk dövlətləri də bilir ki, bu birlik nədir və fikrimcə, sərt bir bəyanatdan söz gedə bilməz. Çünki KTMT-nin ora daxil olmasına, eyni zamanda, TDT üzvü olan dövlətlər də “hə” deyib”.

““Turan” məsələsinin qarşısı alındı”

 

“Rus politoloqların son vaxtlar müəyyən tezislərlə çıxış etməsi, kütləvi şəkildə bu çıxışların tirajlanması, pantürkizm məsələsinin ortaya salması və s. məsələlər gözlənilən idi. Çünki Qərb məlumdur ki, KTMT-nin Qazaxıstana daxil olmasının səbəblərini sorğulamaq iqtidarındadır və artıq bunların işartısı var. Məqam ondan ibarətdir ki, Rusiya və Qərb arasında olan soyuq müharibədə məhz Türkiyəyə qarşı və yaxud Rusiyaya qarşı ayrı-ayrı addımların atılmasından söhbət getmir. 

Müəyyən qruplar var ki, bu proseslərdə, hətta guya gələcəkdə SSRİ-nin qurulması, pantürkizm məsələsini ortaya atırlar. Biz bir daha qeyd etdik ki, heç bir vaxt istər “Turan”, istərsə də TDT-də pantürkizmdən, millətçilikdən söhbət gedə bilməz. Buna hansısa bir təxribatçı don geyindirmək məqsədə müvafiq deyil və düşünürəm ki, Rusiyanın özü də bu yayılan  ““Turan” məsələsinin qarşısı alındı” proseslərini öz rüşeymində məhv etməlidir. Bu belə də olacaq. Çünki Rusiya heç vaxt istəməz ki, federasiyaya daxil olan dövlətlərin çoxu türkdilli ölkələrdir, eyni zamanda, müsəlman inanclıdırlar. Bu problemi qabartsınlar və yenidən qaldırsınlar, məncə, inandırıcı deyil”.

“Taliban” və “İŞİD” reallığı inandırıcı görünmür

 

“Son vaxtlar Əfqanıstanda baş verən hadisələr, eyni zamanda, Qırğızıstan-Tacikistan sərhədində baş verən proseslər bir daha göstərdi ki, Qərbin regiona qarşı ata biləcəyi addımlar məhz “Taliban”la, həmçinin Suriyadan gətirilib Orta Asiyaya yerləşdirilməsinə cəhd edilən dini radikal qruplarla bağlıdır. 

Bu sübutu ortaya qoyduqdan sonra bu haqda nəsə demək olar. Lakin Astana Suriyadakı prosesin mərkəzi sayılır məsələsi, o qədər də düzgün olmazdı. Çünki məlum məsələdir ki, istər Ukraynada baş verən hadisələr, istərsə də Avropa ilə sərhəddə baş verən hadisələr Rusiyaya qarşı atılacaq addımlardır. 

Buna görə də bəri başdan problemi yaratmaq ki, məhz  “Taliban”dan, “İŞİD”dən istifadə olunacaq və s. Bu o qədər  də inandırıcı görünmür”.

Türkiyə və İran tandeminin Rusiyaya qarşı olması reallığı

 

“Bildiyiniz kimi, Vyana danışıqlarında ABŞ və İran arasında müəyyən yumşalmalar var. Lakin bu o demək deyil ki, Türkiyə və yaxud İran və yaxud da digər dövlətlər birləşərək məhz Rusiyaya qarşı olacaq. Bu elə də inandırıcı görünmür. 

Geosiyasi və geostrateji məsələlərlə bağlıdır bu proseslər və NATO-nun üzvü olan Türkiyənin İranla birləşib Rusiyaya qarşı addım atması da real deyil və bu düşünmürəm ki, baş tutan bir məsələ olsun. Çünki Türkiyə və Rusiya ilə yanaşı İran və Rusiya arasındada ciddi münasibətlər var və bu istiqamətdə də hesab edirəm ki, hansısa bir mənfi gözləntilər yoxdur.

Əsas məsələ odur ki, ötən gün Qazaxıstanda KTMT-nin onlayn iclası keçirildi. Burada da qoşunların orada olması və nə vaxt çıxarılması ilə bağlı Qazaxıstanın fikirləri öyrənildi. Təbii ki, proses o qədər də xoşagələn deyil və ümumiyyətlə, baş verən hadisələr istər regional, istərsə də qlobal baxımdan çox problemlidir. Bunun həlli istiqamətdə hər bir dövlət çalışmalıdır ki, bu lokal döyüşlər qlobal təxribata və böyük terror hadisələrinə çevrilməsin”.






Fikirlər