Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"

Psixoloq valideyinlərə SƏSLƏNDİ:

Göygöldə 2 yaşlı uşaq atalığı tərəfindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Belə ki, içki qəbul edən atalıq iki yaşlı uşağı ölümcül şəkildə döyüb. Sosial şəbəkələrdə fotosu yayılan uşağın son durumu müzakirələrə səbəb olub. Müzakirələrdə isə cəmiyyət atalığın əməlindən daha çox ananı qınayıb.  Bəs görəsən biz harda səhv etmişik? Qadın övladını atalığından qorumaq üçün hansı addımı atmalıdı? 
 
Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı:
 
 
“Ümumiyyətlə, diqqət edirəm ki, bizim qadınların çoxu problemli kişiləri seçib sevirlər. “Döyürsə sevir” düşüncəsi hələ də aktualdır. Bu da ondan irəli gəlir ki, gözünü açandan böyüdüyü ailədə atası ilə anası arasındakı münasibətlər problemli olur və şüuraltı olaraq atasına bənzər kişi seçir. Eləcə də qeyri- rəsmi nikahda yaşanılan hər kişiyə atalıq deyilmir. Sadəcə qadının görüşdüyü kişi olub. Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı  qadınlardır. Nə qədər ki, ailələrdə “ o sənin qardaşındır səsivi kəs, atandır hər şey edə bilər sus, yaxud ərindir döz “ analar müdafiə əvəzinə qızlarının səsini basdıracaq, heç bir qız nə özünü, nə də gələcəkdə dünyaya gətirmiş olduğu qız övladını müdafiə edə bilməyəcək. Bu genetik bir  problemdir. Bu problemi yoluna qoymaq və kişiləri tərbiyələndirmək üçün bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, qadın haqları kişi haqlarından üstün olmalıdır.Qadınlara gəldikdə isə əgər bir kişi qadına nəinki şiddət təhqiredici söz deyirsə və hələ də münasibəti davam etdirirsə, o qadının özünə hörməti yoxdur. Özünə hörməti olmayan qadından isə sağlam ana ola bilməz”






Fikirlər