Le Parisien: İran casusu Nəsrullahın yeri barədə İsraili məlumatlandırıb

 

Le Parisien: İran casusu Nəsrullahın yeri barədə İsraili məlumatlandırıb

İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib.

Ölkə.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb.

Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.






Fikirlər