Məhşur türk serialında Suriya ilə bağlı 21 il öncə verilən mesaj... - VİDEO

Suriyada 61 illik Baas rejimi və 54 illik Əsəd ailəsi dövrü cəmi 12 gün ərzində başa çatıb. Silahlı müxaliflər Dəməşq şəhərini ələ keçirdikdən sonra Əsəd və ailəsi ölkəni tərk edərək Rusiyaya sığınıb.

Suriyada gedən proseslər fonunda Türkiyənin gələcəyə dair siyasi mesajları ilə bilinən məşhur serialı “Kurtlar Vadisi”ndə yayımlanan bir səhnə Əsəd rejiminin devrilməsi ilə yenidən gündəmə gəlib.

Belə ki, 2003-cü ildə yayımlanan həmin səhnədə “Ömər Baba” və “Dəli Hikmət” obrazları arasında Suriyadakı vəziyyət müzakirə olunur.

Həmin səhnədə Suriya haqqında danışılır. İraqın parçalanmasından sonra növbənin Sriyada olduğu və baş verən proselər arxasında İsrailin dayandığı mesajı verilir:“Sırada Suriya var Ömər Baba. Qəzetlərin yazmadıqlarını sənə deyim? Bu müharibə planlarının arxasında İsrailin əli var. Baxın, görəcəksiniz. Suriya ya bomba, ya da dəyənək ilə adam ediləcək. Əsəd hazır ol vəziyyətinə keçib. O da nə etsin? İraq 20 gün ərzində bitdi. Suriya 5 gündə bitər. Suriya bu işlərin arxasında İsrailin olduğunu bilmirmi? Məzlum Fələstinin də işinin bitəcəyini bilmirmi? Bu savaşdan ən qazanclı İsrail çıxar. İraq neti boru kəmələri ilə İsrail üzərindən daşınar. İsrail də pulunu qazanar. İraq üçə bölünsə, İran beşə bölünər”.

“AzPolitika.info”

 

 






Fikirlər