Əsas Səhifə > Slayd > İlham Qasımovun “AKULA”
İlham Qasımovun “AKULA”2-05-2016, 21:40 |
Aprelin 27-də Qafqaznews.az saytında “Gülağa Tənhanı 15 milyon dollar ziyana saldılar?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə etibarlı mənbədən daxil olan məlumata görə, Bakıda bir sıra yerlərdə mənzil tikintisiylə məşğul olan, hətta Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun keçmiş ortağı İlham Qasımov şair-milyonçu Gülağa Tənha ilə tərs gəliblər. “Buna səbəb də böyük məbləğdə pulun mənimsənilməsi olub. İ.Qasımov Gülağa Tənhadan 15 milyon dollar alıb və bu pulu inşaata yatıraraq qat-qat gəlir gətirəcəyini vəd edib. Lakin uzun müddətdir nə puldan, nə də İlham Qasımovdan xəbər var. Onları “calaq” edən şəxs də İlham Qasımovdan pulunu alaraq kənara çəkilib”, – deyə mənbə bildirir. İki iş adamını bir araya gətirən, vasitəçilik edən şəxs isə nə İlham Qasımovla, nə də Gülağa Qənbərovla münasibətləri korlamır, çünki məsələ Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə qədər gedib çıxıb. Vasitəçilik edən şəxs eyni zamanda Bakı şəhərində Gülağa Tənhaya məxsus bir sıra obyektləri işlədir. Məlumata görə, Gülağa Tənha İlham Qasımovdan hüquq mühafizə orqanlarına şikayət edərək, İlham Qasımovun onu aldatdığını və pullarını mənimsədiyini bildirib. Qeyd edək ki, “Sahil D” şirkətinin rəhbəri olan İlham Bir neçə gün əvvəl İlham Qasımovla bağlı saytlarmızda gedən yazıdan sonra, redaksiyamıza zəng edən mənbə Nəsimi rayonunun ərazisində yeni inşa olunub istifadə
Mənbənin verdiyi məlumata görə, İlham Qasımov xasiyyətçə elə bir insandır ki, hər zaman vəzifədə olan şəxslərlə şərik olmağı xoşlayır. İndi də bir çox şərikləri hüquq mühafizə orqanları tərəfindən axtarışdadırlar, lakin o, yenə də imkanlı iş adamlarıyla şərikli iş qurub sonradan isə həmin şəxsləri öz hiyləgər oyunlarının qurbanına çevirməyə müvəffəq olur. Geri qayıt |