Əsas Səhifə > Slayd > İŞİD Allahşükür Paşazadəyə
İŞİD Allahşükür Paşazadəyə28-05-2016, 09:01 |
![]()
İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb.
Bir müddətdən sonra video həm YouTube, həm də DailyMotion hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.
![]() Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən NotrhCaucasus adlı Twitter mikrobloqlar servisi istifadəçisi virtualaz.org-a videomüraciətin qısa məzmununu açıqlayıb.
Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.
![]() Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. NorthCaucasus yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.
Geri qayıt |