Əsas Səhifə > Slayd > İstirahət günü hAVA əhvalınızı korlaya bilər
İstirahət günü hAVA əhvalınızı korlaya bilər10-07-2016, 08:54 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək. Xəbərdarlıq İyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu tədricən 4 dərəcəyədək aşağı enəcək. Azərbaycanın rayonlarında İyulun 10-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Xəbərdarlıq İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Geri qayıt |