Əsas Səhifə > Slayd > ÇEVRİLİŞDƏN SONRA TÜRKİYƏNİN PREZİDENTİ KİM OLACAQDI?-
ÇEVRİLİŞDƏN SONRA TÜRKİYƏNİN PREZİDENTİ KİM OLACAQDI?-10-08-2016, 14:10 |
Türkiyədə hərbi çevriliş cəhdi baş tutacağı halda, həmin vaxt Türkiyə Ali Hərbi Şurasının üzvü olan Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk prezident olacaqmış.APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, prokurorluq orqanlarının apardığı istintaq zamanı üzə çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, hərbi çevriliş cəhdi baş verən gün – iyulun 15-də TRT telekanalında bəyanatı oxunan “Yurdda Sülh Şurası”nın sadəcə adı olub. İstintaqın hazırkı mərhələsində “Yurdda Sülh Şurası”nın üzvlərinin konkret kimlərdən ibarət olduğu barədə hər hansı məlumat əldə edilməyib. Geri qayıt |