Əsas Səhifə > Slayd > Zakir Qaralova və Ramil Usubova
Zakir Qaralova və Ramil Usubova29-09-2016, 08:06 |
Moderator.az-a Zərdab rayonu Alcanlı kəndi sakini Heydərov Natiq Ramiz oğlu tərəfindən Şikayət məktubu gəlib.
Məktubda deyilir:
"Qardaşım 23 yaşlı Sadiq vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi Zərdab Rayon Polis Şöbəsi açıq-aşkar himayə edib törədilmiş ağır cinayətin üstünü ört-basdır edirlər. Qardaşım Sadiq kənd sakini Cavadova Aytac İbad qızı ilə biri-birini sevirlər. Atamgil onlara elçi getsələr də qızın valideynləri razılıq verməmişdilər. Səbəb isə qızı özündən çox-çox böyük olan imkanlı şəxsə vermək istəyirlər. Aytacın ad günündə qardaşım Sadiq ona telefon alıb hədiyyə etmişdi. 22 avqust 2016-cı il tarixdə Aytacın qardaşı Şövqü bizə gələrək Sadiqdən xahiş etdi ki, onlara gedib həyətdə 1 saatlıq köməklik etsin və qardaşımı evlərinə aparmışdır. Həmin vaxt Aytacgilin həyətində atası, qardaşı, əmisi və əmisinin oğlu qrup şəkilində qardaşımın üstünə tökülüb onu vəhşicəsinə döyüb, sonra boğazına qalın məftili bağlayıb sürüyüb ağacdan asmaq istəyiblər. Həyətin qarşısında traktorun mühərrikini işə salıblar ki, səs-küyü heç kəs eşitməsin. Onların niyyəti qardaşımı öldürmək olmuşdu. Qardaşım Sadiq boğulmamaq üçün əlini boğazına bağlanmış məftilə salmışdır. Qardaşımın huşu getdikdə onlar onu ölmüş bilib məftili buraxmışdılar. Sonra Aytacı ora gətirib döymüşdülər.
![]() Biz xəbər tutan kimi ora gedib təcili yardıma və polisə zəng etdik. Zərdab Rayon Mərkəzi Xəstəxanası qardaşımın vəziyyətinin ağır olduğunu görüb onu ambulans maşınla Ucar rayon xəstəxanasına apardılar. Qardaşım Sadiq 3 gün Ucar rayon xəstəxanasında qaldı səhhəti pis olduğu üçün ambulans maşınla Bakı şəhərinə Respublika Xəstəxanasına gətirildi. Orada 7 gün stasionar müalicə edildi. Qardaşıma kəllə beyin travmvası, beyin silkələnməsi diaqnozu qoyuldu. Zərdab Rayon Polis Şöbəsində isə rüşvət alıb ağır cinayət hadisəsinin üstünü ört-basdır etmək istəyirlər. Qardaşım Sadiqin verdiyi etibarnamə əsasında onun nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsinə getdikdə orada təhqiqatçı polis baş leytenentı Nurlan Mahmudov məni və mənimlə ora gedən şəhid atası Ataxan Əsədovu nalayiq şəkildə söyüb təhqir etdi, məni şillə - yumruq və təpiklə vurdu. Təhqiqatçı Nurlan Mahmudov izahat alan zaman qardaşımın üstünə qışqışqırıb zor edib ki, yaz ki, bir nəfərlə dalaşmışam, o birilərin adını yazma. Beləliklə də Zərdab Rayon Polis Şöbəsi törədilmiş ağır cinayətin üstünü ört-basdır etməyə çalışır. Cinayət hadisəsinin üstündən 1 aydan çox keçməsinə baxmayaraq ekspertin rəyi açıqlanmayıb, hələ də cinayət işi açılmayıb.
![]() ![]() Geri qayıt |