
Milyarderlər həyat və yaradıcılıqları, qeyri-adi hobbiləri, mülkləri ilə həmişə diqqət mərkəzində olmağı bacarırlar.
Onların övladları da ya gecə həyatları, ya qurduqları biznes, ya da xeyriyyəçilik fəaliyyətləri ilə tanınırlar. AzNews.az pulları və gözəllikləri ilə ön planda olmağı bacaran milyarder qızlarını təqdim edir: Peris və Niki Hilton Hilton mehmanxana şəbəkəsinin yaradıcısı Konrad Hiltonun nəticələri
 Erin Lauder “Estée Lauder”in yaradıcısı Estinin nəvəsi

Dilan Loren “Ralph Lauren” şirkətinin yaradıcısının qızı Holi Brendson Britaniyalı biznesmen Riçard Brensonun qızı
 Emma Lasri “Avenue Capital Group”un baş direktoru Mark Lasrinin qızı
 Şarlotta Kaziraqi Monako taxt-tacına namizədlikdə 8-ci pillədə qərarlaşan Şarlotta biznesmen Stefano Kaziraqinin qızı
 Roşni Nadar Hindistanda İT nəhəngi olan “HCL”in yaradıcısı Şiv Nadarın qızı
 Ariana Rokfeller Bəşər tarixində ilk dollar milyarderi, “Standard Oil”ın yaradıcısı Con Rokfellerin nəslinin davamçısı
 Kerolayn Cons “Tudor Investment Corporation”ın yaradıcısı Pol Tyudor Consun qızı
 Vanişa Mittal Hindistan maqnatı Lakşmi Mittalın qızı
 Peyc Conson “BET: Black Entertainment Television”ın yaradıcısı Robert Consonun qızı
 Sofiya Abramoviç Rusiyalı milyarder, millət vəkili Roman Abramoviçin qızı
 Elizabet Peyc Lori “Wal-Mart”ın yaradıcılarından biri olan Bad Uoltonun nəvəsi
 Corcina Blumberq Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin qızı
 Cozi Ho Honkonq və Makao qumar oyunları biznesinin kralı Stenli Honun qızı
 Tifani və İvanka Tramp Amerikan milyarder, ABŞ prezidentliyinə namizəd Donald Trampın qızları
 Katrin və Sesil Fredriksen Neft maqnatı, biznesmen Con Fredriksenin qızları
 Cenifer Ketrin Geyts Dünyanın ən varlı adamı Bill Geytsin qızı
 Amanda Herst Mediamaqnat, “Hearst Corporation” nəşriyyat holdinqinin yaradıcısı Uilyam Rendolf Herstin nəticəsi
 Petra və Tamara Ekklstoun FOM (Formula One Management) və FOA (Formula 1 Administration) prezidenti, “Альфа Према”, “Formula-1” kompaniyalarının sahibi, bütünlüklə “Formula-1”in rəhbəri Berni Ekklstounun qızı

Geri qayıt
|