Əsas Səhifə > Slayd > “Rabitə çetesi”nin məhkəməsi başlayır
“Rabitə çetesi”nin məhkəməsi başlayır15-10-2016, 14:11 |
Prezidentin “dövlətə xəyanət” hesab etdiyi yeyinti və korrupsiya faktları üzrə məhkəmə 11 il nazir işləmiş Əli Abbasovu da bitirə bilər... Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Hakim qarşısına nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslər çıxarılacaqlar.
Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı 2015-ci ilin noyabr ayının 13-də yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edildiyi qeyd olunur.
![]() ![]() Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar. Bu rəsmi məlumat yayılmazdan 1 gün əvvəl - ötən il noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilmişdi. Belə xəbərlər də vardı ki, MTN-də baş verənlərin ardından RYTN-dəki həbslər əsasən gizli dinləmələrlə bağlıdır. Belə ki, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin kökündə dayanan əsas məqamlardan birinin məhz ölkə rəhbərliyinə daxil olan şəxslərin qanunsuz olaraq gizli dinlənilməsi göstərilirdi. MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin saxlanılmasından sonra RYTN-də də yoxlamaların, ardından həbslərin keçiriləcəyi gözlənilən idi.
Əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov saxlanıldı. Bunun ardınca Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Oktyabrın 28-də isə Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanıldı. Bu həbslər o anlama gəlirdi ki, MTN RYTN-dəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.
![]() Sitat: “Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”.
![]() “Yeni Müsavat”ın 23 avqust 2016-cı il tarixli sayında dərc olunan “Vidadi Zeynalova yeni ittiham verildi - aparat rəhbərinin vəziyyəti ağırlaşdırılır”
sərlövhəli yazıda V.Zeynalov vəkili vasitəsilə birbaşa Əli Abbasovun qollarını qandallamağa əsas verən fikirlərini ictimiyyətə çatdırmışdı.
![]() V.Zeynalovun vəkili vasitəsi ilə sərgilədiyi mövqeni məhkəmə araşdırmaları zamanı da ortaya qoyacağı təqdirdə son illər ərzində Azərbaycanda həbs edilən nazirlərin biri də arta bilər. Yaxın günlərdə “Rabitəçilərin işi” üzrə başlanacaq məhkəmə prosesi Əli Abbasova yaxşı heç nə vəd etmir. (musavat.com)
Geri qayıt |