Əsas Səhifə > Slayd > Daxili İşlər Nazirliyində
Daxili İşlər Nazirliyində8-11-2016, 19:20 |
Noyabrın 8-də Daxili İşlər Nazirliyində «DİN-in Kollegiya qərarlarının icra"sının, «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər"in və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Modern.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O da vurğulanıb ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə cari ilin ötən dövründə də qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər bu müddətdə nəinki qorunub-saxlanılıb, əksinə, daha da inkişaf etdirilib. Daxili işlər naziri son illər hər üç istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, eyni zamanda, uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə daxili işlər nazirinin müavini-Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edib. Bildirilib ki, son 3 ilə yaxın müddətdə 13 Kollegiya iclası keçirilib və nəticələri üzrə 21 qərar qəbul olunub. Bu qərarlarda əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı orqan və hissələr qarşısında konkret vəzifələr qoyulub. Onların icra vəziyyətinin öyrənilməsi göstərir ki, Nazirliyin aparatının struktur qurumlarına verilmiş tapşırıq və göstərişlər kurator nazir müavinlərinin nəzarəti altında vaxtında və tam yerinə yetirilib. Yerlərdə də bu işə məsuliyyətlə yanaşılıb, müəyyən olunmuş tədbirlər bütövlükdə həllini tapıb. Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib ki,əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, bu sahədə görülən işlər əvvəlki Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilib, şəhər, rayon polis orqanlarına əməli köməkliklər edilib. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzəedən BaşNarkotiklərləMübarizəİdarəsininrəisi, polis general-mayoru HəziAslanov bildirib ki, təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. Həmçinin, bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb. Qeyd olunub ki, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib. Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onlarınaradan qaldırılması üçün həyata keçirilən tədbirlərdəndanışıblar. İclasa yekun vuran nazir gündəlikdəki məsələlərüzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, mövcud nöqsanlarınaradan qaldırılmasını,ilin sonunadək əsaslıdönüşyaradılmasınıtələbedib,buistiqamətdəkonkrettapşırıqvətövsiyələriniverib. İlin başa çatmasına 2 aydan da az müddət qaldığını diqqətə çatdıran Ramil Usubov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini tələb edib, eyni zamanda, profilaktik işin, xüsusilə yeniyetmə və gənclər arasında, təhsil müəssisələrində yerli hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə antinarkotik təbliğat və təşviqatın daha da gücləndirilməsinin, cinayətlərin qarşısının alınmasının və bağlı qalmış cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların tapşırılmış sahəyə məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət daha böyük əzmlə davam etdirilməlidir. Nazirəminolduğunubildiribki, şəxsiheyətqanunvericiliklə üzərinə düşən bütünvəzifələrin,Azərbaycan Prezidenti İlham Əliyevinqarşıyaqoyduğutələblərin, verdiyi tapşırıqların öhdəsindənbundansonradalayiqincəgələcək, sabitliyin, əmin-amanlığın, habelədövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığınıəsirgəməyəcək, dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmət edəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq. Geri qayıt |