Əsas Səhifə > Slayd > "ABŞ-ın oturuşmuş strukturu var, dərin dövləti var..."
"ABŞ-ın oturuşmuş strukturu var, dərin dövləti var..."10-11-2016, 15:35 |
Hillari Klintona qalib gələn Donald Tramp ABŞ prezidenti seçildi. Hillari Klinton Donald Trampı Rusiyanın adamı olmaqda ittham edirdi. Hətta bəzi ekspertlər Hillari Klintonun məğlubiyyətini Putinin qələbəsi kimi təqdim etdi. ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri barədə Ümid Partiyasının sədri İqbal Ağazadə Ölkə.Az-a danışıb: "ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən məyus oldum. Məyus olmağımın səbəbi o deyil ki, ABŞ kursundan dönəcək, dəyişəcək. Şəxsiyyətlərinin siyasətləri nə qədər böyük olsa da, sistemlər işləyir və o sistemləri dəyişmək mümkün olmur. Donald Tramp qədər aqressiv bir adam ABŞ cəmiyyətində prezident seçilirsə, bu ABŞ cəmiyyətinin ümumi problemlərə münasibətdə əhalinin yanaşmasıdır. Bu qorxuludur. ABŞ-da bu qədər aqressiv çıxışa, aqressiv yanaşmaya, qadınlara münasibətdən tutmuş, cəmiyyətlərə, irqlərə, dinlərə sərt münasibət çıxdısa və o adam səs qazandısa, bu, ABŞ cəmiyyətinin, insanlarının düşüncələrindəki köklü dəyişikliklərdən xəbər verir. Donald Trampa Rusiyanın dostu deyirlər. Bir ABŞ vətəndaşı Rusiyanın dostu ola bilməz. Olacaqsa, onda o bizim tanıdığımız ABŞ deyil. O ABŞ-da tamam başqa şeylər var. Bu siyasətdə söz olaraq deyilə biləcək nələrsə var, ancaq onların çoxu həyata keçməyəcək. Ona görə ki, şəxslərdən əlavə ABŞ-ın oturuşmuş strukturu var, dərin dövləti var. ABŞ-ın Rusiya siyasətində yumuşalma ola bilər, bunun olmasını biz də istəyirik. Dəyişməyən Rusiyaya qarşı necə yumuşaq davranmaq olar? Əgər dəyişsə, onda o bizim tanıdığımız ABŞ olmayacaq". Geri qayıt |