Əsas Səhifə > Slayd > “BAŞ POÇTALYON” NAZİRİ DƏ SATDI, ZEYNALOVU DA…-
“BAŞ POÇTALYON” NAZİRİ DƏ SATDI, ZEYNALOVU DA…-19-11-2016, 12:41 |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. Virtualaz.org xəbər verir ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassada”, yaxud oğru dünyasında olduğu kimi “obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı. Məlum olur ki, nazir Əli Abbasovun aylıq “paketi” 200-300 min manat, nazir müavinlərinin “paketi” isə 30 min manat və daha çox olub. Keçmiş “baş poçtalyon” əvvəl susdu, sonra açıb hər şeyi danışdı Ötən il Eldar Mahmudovun “ulduzu” sönəndən sonra MTN-dəki qruplaşmanın “krışalıq” etdiyi bu nazirlikdə aparılmış yoxlamalar, şübhəlilərin verdikləri ifadələr göstərir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən yoxsul strukturu olan “Azərpoçt” MMC-dən də babat yeyiblər. Hansı ki, “Azərpoçt”un sıravi işçiləri qəpik-quruş maaşa möhtacdır , bəzən aylarla onu da ala bilmirlər. Nazirlikdəki korrupsiya ilə bağlı həbs olunanlardan biri də “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevdir. Virtualaz.org xəbər verir ki, cinayət işinin istintaqı zamanı ilkin və yenidən ittiham elan edilərkən “Azərpoçt” MMC-nin sabiq baş direktoru sualları cavablandırmaqdan imtina edirmiş. Lakin sonradan vəkilinin və özünün qaldırdığı vəsadət əsasında dindirilib. Və Bəybalayev nazir Əli Abbasov və onun aparat rəhbəri Vidadi Zeynalovu ifşa edib. Əli Abbasovun və Vidadi Zeynalovun korrupsiya maşını necə işləyirdi “Həmin özəl şikətlərin heç biri mənə, yaxınlarıma və qohumlarıma məxsus olmayıb. Onların hamısı Vidadi Zeynalovun özünə, yaxın adamlarına, nazirin yaxın şəxslərinə məxsus idi. Ona görə də bu işlər üçün ayrılmış vəsaitdən mənə hansısa səbəbdən pul verilməsi mümkün deyildi. Çünki, vəsait nazirlik tərəfindən ayrılırdı və sonra nazirliyin rəhbərliyinin tapşırığına əsasən onların özlərinə bağlı şirkətlərə ödənilirdi”-keçmiş “baş poçtalyon” deyib. “Pulları bağlamada Vidadi Zeynalova verirdim, mənə heç nə çatmırdı…” “Azərpoçt” MMC-yə ayrılmış pul vəsaitinin 35 faiz hissəsinin nağdılaşdırılması və onun müvafiq qaydada bölünməsi ilə bağlı keçmiş baş direktor deyib ki, Vidadi Zeynalov bu puldan ona da pay çatdığını yalandan deyir. Çünki vəsaitdən ona hər hansı məbləğdə pul qalmayıb: “Mən ümumiyyətlə iş görən şirkətlərlə faiz məsləsində müzakirənin aparılmasında, bununla bağlı razılığın əldə olunmasında iştirak etməmişəm. Həmin şirkətlərin nümayəndələri ilə hər hansı ünsiyyətim olmayıb. Vidadi Zeynalovun tapşırığına uyğun olaraq şirkətlərin nümayəndələri Sübhan Kazımovla əlaqə saxlayıb və ona hansısa məbləğdə pul vəsaiti verib, ya da birbaşa Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb pulu ona təqdim verirdilər. Sübhan da pulu qəbul etdiyi kimi, yəni açıq şəkildə deyil, bağlamada Vidadi Zeynalova çatdırmaq üçün ona və ya Vüqar Əfəndiyevə verirdi. Mən özüm də pulları bu cür bağlamada Vidadi Zeynalova çatdırmışam”. Ayda 30 min alırmış, ancaq hərdən… Ancaq istintaqda Vidadi Zeynalov deyib ki, “Azərpoçt”dan əsasən ayda 30 min manat olmaqla “haqq” alırdı və pulların 5 faizini də Bəybalayevə verirdi. Aparat rəhbəri deyib ki, “Azərpoçt”u hər ay “sağmaq” mümkün olmurdu, çünki bəzi hallarda bu idarə ziyanla işləyirdi. V.Zeynalovun bildirdiyinə görə, o, “Azərpoçt”MMC-dən və digər strukturlardan yığılan aylıq haqqa dair yazılı hesabat hazırlayıb nazirə təqdim edirdi. Nazir isə pulları necə bölüşdürmək barədə tapşırıq verirdi. “Bəzən elə olurdu ki, yığılan pullardan artıq qalırdı, onu da növbəti aya saxlayırdıq”-Zeynalov deyib. Keçmiş Aparat rəhbəri “Azərpoçt” MMC-dən pulları ona Qəmbər Bəybalayev və ya baş mühasib Vüqar Əfəndiyev çatdırırdı. Ancaq “Azərpoçt” MMC rentabelli təşkilat olmadığından bu müəssisə üzərindən pulları həzm-rabedən keçirməyin başqa yollarını fikirləşiblər. Zeynalov deyir ki, nazirlik büdcə vəsaitləri hesabına və nazirliyin digər rentabelli təşkilatlarının hesabından həmin MMC üçün avadanlıqların alınması, yeni binaların tikilməsi və təmiri üçün Nazirliyin digər rentabelli təşkilatlarından borc adı altında pul vəsaiti köçürüb. Vidadi Zeynalov: “35 faizlik “otkat” alırdıq…” Zeynalov deyir ki, bu köçürmələr 2009-2015-ci illərdə olub. Pullar köçürülməzdən əvvəl o, Bəybalayevə və Əfəndiyevə tapşırırmş ki, həmin vəsaitlər hansı şirkətlərin hesablarına köçürülməlidir. Və bu pulun bir qismi tikinti işlərinə xərclənməli, qalanı isə “otkat” şəklində nazirliyə geri qayıtmalı idi. Geri qayıt |