Əsas Səhifə > Slayd > Qarlı hava sabah da davam edəcək –
Qarlı hava sabah da davam edəcək –28-01-2017, 12:00 |
Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. AzerTaym.az
Geri qayıt |