Əsas Səhifə > Slayd > MİLYONLAR İSVEÇRƏDƏKİ HESABLARA NECƏ KÖÇÜRÜLÜB? -
MİLYONLAR İSVEÇRƏDƏKİ HESABLARA NECƏ KÖÇÜRÜLÜB? -2-02-2017, 16:16 |
Sabiq deputatın adamları üzünə durdu: “Tapşırığı Xəlilovdan almışam” Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edib.
O, 2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə bir neçə şəxslə yeni şirkət yaratdıqlarını söyləyib: “Bizə dedilər ki, bu normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan “Kongo Group” şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim”. M.Zeynalovun sözlərinə görə, bir müddət sonra onu Vergilər Nazirliyinə çağırıb şirkətlə bağlı cinayət işi açıldığı deyilib: “Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər”. “Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrində qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də “İnter Tekstil” şirkətinə rəhbərlik edirdi. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi Filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım”- deyə o, bildirib. Şakir Musayev əlavə edib ki, işçiləri və o, nə qədər kreditə qol çəkdiklərini bilməyiblər. O, sadəcə istintaqda öyrənib ki, pullar “Səbail Mebel” şirkətinə köçürülüb.
“Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum“- deyə təqdirləndidilən şəxs deyib. Müttəhimlər kürsüsündə olan D.Xəlilov ifadə verən F.Əmiraslanova sual verərək deyib: “Mən şəxsən sizə tapşırıq vermişəm ki, gedin kredit götürün?”. F.Əmiraslanov: “Şəxsən sizinlə danışmamışam. Sizin adınızdan başqa adamlar tapşırıq verib”. Digər təqsirləndirilən Ruslan Əsgərov isə deyib ki, D.Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkib. O, da əvəzində maaşına 100 manat əlavə olunduğunu söyləyib: “Kredit müqavilələrinə qol çəkmişdim. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər, sənin adına olan kreditlər bağlanıb”. O, dostunun “General Construction”un idarə heyətinin üzvü Camal olduğunu bildirib. Məhkəmədə zərərçəkmiş tərəf kimi Azərbaycan Beynəlxalq Bankı və “Aqrarkredit” ASC tanınıb. Adı çəkilən şəxslər Beynəlxalq Bankdaın götürülən külli miqdarda pulun mənimsənilməsində təqsirli bilinirlər. Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib(musavat.com).
Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Xəlilov Dünyamin Zakir oğlu və qeyriləri tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə mənimsəmə və israf etmə cinayətlərinə görə həmin dövrün məzənnəsinə görə cəmi 50.057.529,53 manat təşkil edən 51.699.997,47 ABŞ dolları və 7.539.999,63 avro, vergidən yayınma cinayətinə görə 1.752.359,39 manat, vəzifədən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərinə görə cəmi 10.760.850 manat məbləğində maddi ziyan vurulub. Mənimsənilməklə israf edilmiş ziyandan həmin dövrün məzənnəsinə görə 7.254.900 manat təşkil edən 9.000.000 ABŞ dolları ödənilib.
Geri qayıt |