Əsas Səhifə > Slayd > “AZƏRİQAZ” RƏHBƏRİNDƏN KORRUPSİYA İTTİHAMLARINA CAVAB –
“AZƏRİQAZ” RƏHBƏRİNDƏN KORRUPSİYA İTTİHAMLARINA CAVAB –3-04-2017, 17:00 |
“Hərə ağzına gələni yazır. Mən onların nəyinə münasibət bildirməliyəm”. Bunu “gununsesi.info”ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deyib. O, mediada yazılanlara hər hansı bir şərh vermək istəmədiyini bildirib. Ancaq Ə.Hacıyevə nöqsanların audit şirkəti ilə yanaşı, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində də aşkar olunduğunu xatırlatdıqda, “Azəriqaz” rəhbərliyi ilginc açıqlama ilə çıxış edib. Ə.Hacıyev dedi ki, dövlət qurumları tərəfindən yoxlama aparılırsa, bu, aidiyyatı qurumlarla “Azəriqaz” arasında olan məsələdir: “Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur”. Xatırladaq ki, Hesablama Palatası “Azəriqaz” İB-də apardığı yoxlamalar nəticəsində müəyyən edib ki, Dövlət Proqramları çərçivəsində aparılan qazlaşdırma prosesində dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4%, 2015-ci ildə isə 14% təşkil edib. Bundan əlavə, qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfat daxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.
Geri qayıt |