Əsas Səhifə > Slayd > Hava şəraiti kəskin dəyişəcək,
Hava şəraiti kəskin dəyişəcək,7-04-2017, 12:39 |
EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Qurumdan "Report"a verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. AzerTaym.az Geri qayıt |