Əsas Səhifə > Slayd, Əsas xəbərlər > Jurnalistlərə yeni binada mənzillər belə veriləcək
Jurnalistlərə yeni binada mənzillər belə veriləcək16-05-2017, 11:05 |
Beynəlxalq Mətbuat Mərkəzində “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı mətbuat konfransı keçirilir. KİVDF sədri Vuqar Səfərov KİV nümayəndələrinə mənzillərin verilməsi qaydaları və şərtlərini açıqlayıb. Həmin qaydalar aşağıdakılardır: Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür. Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir. KİV-lər: - ümumi iclas çağırmalı; KİV-lərin təqdimatına: - namizədin şəxsiyyət vəsiqəsinin surəti; Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər. Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının “qara siyahısı”na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər. Göstərilən sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.
AzerTaym.az Geri qayıt |