Əsas Səhifə > Slayd > 24.09.2014 - Sabah leysan olacaq
24.09.2014 - Sabah leysan olacaq24-09-2014, 15:18 |
![]() Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS-ə açıqlamasında bildirib ki, sentyabın 25-i Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, fasilələrlə yağış yağacağı, gecə şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Temperaturun gecə 18-20°, gündüz 20-24° olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa qalxacaq, nisbi rütubət 75-85% təşkil edəcək. Rayonlarda, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Aran rayonlarında gecə 15-20°, gündüz 22-27°, dağlıq ərazilərdə gecə 3-8°, gündüz 8-13° isti olacağı gözlənilir. Geri qayıt |